Tramp çox çılğındır, o rəqiblərini dəli edir - Bolton sirri açdı, nə açdı...
ABŞ Prezidenti Donald Tramp insanları qəsdən qıcıqlandırır və onları ələ salır.
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
Bolton, Trampın ilk prezidentlik dövründə ofisində şahidi olduğu bir hadisəni belə nəql edib:
"Tramp köməkçisinə tvit diktə edərkən son cümlənin bütün hərflərini böyük yazmağı tapşırdı. Sonra mənə dönüb bunun səbəbini soruşdu. "Bilmirəm" dedikdə isə, "Çünki bu, onları dəli edir" cavabını verdi."
Keçmiş müşavir əlavə edib ki, Trampın daim Qrenlandiyanı satın almaq istədiyini deməsinin yeganə səbəbi də budur: "Çünki bu, onları dəli edir".
Jalə Rövşən
Donald Tramp
ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton
Qrenlandiya
ABŞ
Todaypress.tv
Jalə Rövşən