Trampdan sərt ittiham: “London meri cinayətə göz yumur”

Trampdan sərt ittiham: “London meri cinayətə göz yumur”
15.11.2025 17:21 Dünya

ABŞ Prezidenti Donald Tramp London meri Sadiq Xanı şəhərdə artan cinayətlərin qarşısını almaqda passivlik göstərməkdə tənqid edib.

TodayPress TV xəbər verir ki, o, "GB News" telekanalına müsahibəsində Sadiq Xanı “cinayətə göz yuman rəzil adam” adlandırıb.

Tramp bildirib ki, Londonda, eləcə də Avropanın bir sıra şəhərlərində polis belə daxil olmaq istəmədiyi ərazilər mövcuddur. Onun sözlərinə görə, bu ərazilərdə şəriət qanunlarına uyğun qaydalar hökm sürür.

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, Londonda mühacirlərin Britaniya qanunlarına deyil, şəriət qanunlarına əsasən yaşamasına şərait yaradıldığını düşünür. Bu, Trampın Sadiq Xanı şəriət qanunlarını qəbul etməkdə ittiham etdiyi ilk hal deyil.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər