Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı
ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri ilə bağlı Ağ Ev açıqlama verib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, Tramp səfərdən böyük məmnunluq duyub və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdən zövq alıb.
Livitt qeyd edib ki, ABŞ lideri iki ölkə arasındakı ikitərəfli münasibətlərə böyük önəm verir.