Tramp: Hörmüzə tam nəzarət edirik!

Tramp: Hörmüzə tam nəzarət edirik!
14.07.2026 13:06 Dünya

ABŞ Prezidenti Donald Tramp İranın hərbi imkanları ilə bağlı növbəti açıqlamasını verib.

TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ Hörmüz boğazına tam nəzarət edir və İranın raket potensialının təxminən 90 faizi məhv edilib.

O bildirib ki, İran hazırda pilotsuz uçuş aparatları istehsal etmək imkanına malik deyil, ölkənin hərbi dəniz qüvvələri isə tamamilə sıradan çıxarılıb. Tramp əlavə edib ki, hazırda İranın liman infrastrukturu hədəfə alınır.

ABŞ Prezidenti iddia edib ki, İran tamamilə məğlub vəziyyətdədir və onun cəmi 10 faiz raket potensialı qalıb. Trampın fikrincə, bu potensial ABŞ üçün ciddi təhlükə yaratmır və İranın atəşkəsdən əvvəlki hərbi imkanları artıq mövcud deyil.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər