Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti elan etdi

Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti elan etdi
28.08.2026 08:57 Dünya

ABŞ Prezidenti Donald Tramp özünü ölkə tarixinin ən böyük prezidenti hesab etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Tramp bu fikirlərini ABŞ prezidentlərinin şəxsi reytinqini paylaşarkən “Truth Social” platformasında yazıb.

O, öz adını siyahının ən yüksək pilləsinə yerləşdirərək özünü “ən böyük” prezident kateqoriyasına daxil edib.

Trampın “böyük prezidentlər” siyahısında isə ABŞ tarixinin tanınmış prezidentləri Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Cekson yer alıb.

ABŞ lideri “uğursuz prezidentlər” kateqoriyasına isə iki sələfi — Co Bayden və Barak Obama, həmçinin Uliks Qrant, Uorren Hardinq və Cimmi Karteri daxil edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər