Tramp Orbanla danışdı
ABŞ Prezidenti Donald Tramp və Macarıstanın Baş naziri Viktor Orban telefonla danışıblar.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Söhbət zamanı enerji məsələləri, Ukraynadakı münaqişə, qlobal iqtisadiyyat və tariflər müzakirə edilib. Lakin iki lider arasındakı danışığın detalları açıqlanmayıb.
Xatırladaq ki, sentyabrın 23-də BMT Baş Assambleyasının iclası ərəfəsində Tramp Macarıstanı Rusiya neftindən imtina etməyə çağırıb. O, Macarıstanın tələbinə razılaşacağına ümid etdiyini bildirib.
Türkan İsgəndərli