Tramp Netanyahudan tələb etdi: “Suriyadakı qoşunları geri çəkin!”
ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı İsrailin Baş naziri Benyamin Netanyahuya Suriyadakı İsrail hərbi qüvvələrinin çıxarılmasına başlamağı çağırıb.
TodayPress TV xəbər verir ki, “Axios”un məlumatına görə, Tramp Netanyahudan Livandakı qüvvələrin də eyni şəkildə geri çəkilməsini istəyib.
Məlumata əsasən, ABŞ lideri bölgədə gərginliyin azaldılması və hərbi iştirakın məhdudlaşdırılması məsələsini müzakirə edib.