Tramp israilli girovlarla görüşəcək

Tramp israilli girovlarla görüşəcək
14.11.2025 23:40 Dünya

ABŞ Prezidenti Donald Tramp noyabrın 20-də Ağ Evdə Qəzzada atəşkəs razılaşması çərçivəsində azad olunan israilli girovları qəbul edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri  məlumat yayıb.

Məlumata görə, oktyabrın 13-də Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində azad edilən 20 girovun hamısı Ağ Ev rəhbərindən dəvət alıb.

Agentlik onu da qeyd edib ki, girovlar İsrail hökumətinin vəsaiti hesabına Vaşinqtona kommersiya aviareysləri ilə uçacaqlar.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər