Tramp: "İsrail İordan çayının qərb sahilini ilhaq edə bilməz"

Tramp: "İsrail İordan çayının qərb sahilini ilhaq edə bilməz"
26.09.2025 10:01 Dünya

ABŞ Prezidenti Donald Tramp deyib ki, o, İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. 

Ağ Ev rəhbəri əlavə edib ki, məsələni İsrailin Baş naziri Benyamin Netanyahuyla müzakirə edib və bunun dayandırılmasının vaxtı olduğunu vurğulayıb.

Xatırladaq ki, Netanyahu Trampdan İordan çayının qərb sahilini işğal etmək üçün icazə istəyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər