Tramp İrana yeni hücum anonsu verdi: “İstənilən vaxt zərbə endirə bilərik”
ABŞ münasib vaxtda İrana qarşı daha bir hücum həyata keçirməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
“Dünən axşam onlara çox güclü zərbə endirdik və istənilən vaxt bunu yenidən etməyə hazırıq”, - deyə lider vurğulayıb.
O, həmçinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatının “çox uzun çəkməyəcəyi” fikrini ifadə edib.
Aysel Mətləb