Tramp ilk dəfə bu təyyarə ilə uçacaq - 400 milyon dollar xərclənib

Tramp ilk dəfə bu təyyarə ilə uçacaq - 400 milyon dollar xərclənib
04.09.2026 19:30 Dünya

ABŞ Prezidenti Donald Tramp gələn həftə İrlandiyaya səfəri zamanı Qətərin hədiyyə etdiyi “Boeing 747” təyyarəsindən istifadə edəcək.

TodayPress TV xəbər verir ki, “The Washington Post”un məlumatına görə, bu, Trampın həmin təyyarə ilə ilk beynəlxalq səfəri olacaq.

Bildirilir ki, iyul ayında İran tərəfindən mümkün sui-qəsd təhlükəsi səbəbindən Tramp Türkiyədən başqa bir təyyarə ilə gizli şəkildə çıxarılmışdı.

ABŞ artıq Qətərin hədiyyə etdiyi təyyarənin modernləşdirilməsinə təxminən 400 milyon dollar xərcləyib. Bununla belə, təyyarədə əlavə təhlükəsizlik tədbirlərinin tətbiqinə hələ başlanılmayıb və onların həyata keçirilməsinin yenidən gecikə biləcəyi bildirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 SENTYABR 2026
Bütün Xəbərlər