Tramp HƏMAS-a çağırış etdi
ABŞ Prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatını 20 israilli girovu dərhal azad etməyə çağırıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində məlumat verib.
"HƏMAS-a deyin ki, 20 girovun hamısını (2, 5, 7 yox!) dərhal geri qaytarsın və vəziyyət qısa zamanda dəyişsin. Bu bitəcək!", - deyə o vurğulayıb.