Tramp əmr verdi: “Mənə nəsə olsa…”
ABŞ Prezidenti Donald Tramp ona qarşı mümkün sui-qəsd halında İrana qarşı genişmiqyaslı hərbi zərbə endirilməsi ilə bağlı əvvəlcədən göstəriş verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə “The New York Post” nəşrinə müsahibəsində danışıb. O bildirib ki, uzun müddətdir İranın hədəfləri siyahısında ilk sırada olduğunu düşünür.
“Mən artıq çoxdan onların siyahısındayam. Görün biz nə ilə üz-üzəyik. Mən təlimatlar qoymuşam: əgər nəsə baş verərsə, onlar indiyə qədər heç vaxt görmədikləri şəkildə, sözün əsl mənasında bombalanacaqlar”, - deyə Tramp vurğulayıb.
Kübra Musayeva