Tramp daha bir türk ölkəsinə dəvət aldı

Tramp daha bir türk ölkəsinə dəvət aldı
10.07.2026 18:26 Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, tərəflər söhbət zamanı ikitərəfli iqtisadi əməkdaşlıq və siyasi əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

Kasım-Jomart Tokayev Donald Trampın daxili siyasət kursunu dəstəklədiyini bildirərək, onun “sağlam düşüncə” siyasətinin Qazaxıstanda həyata keçirilən “Qanun və Qayda” strategiyası ilə uzlaşdığını qeyd edib.

Qazaxıstan Prezidenti ölkəsinin nüvə silahının yayılmaması siyasətinə sadiq qaldığını, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı davam etdirdiyini vurğulayıb.

Söhbət zamanı Kasım-Jomart Tokayev Donald Trampı onun üçün münasib vaxtda Qazaxıstana rəsmi səfərə dəvət edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər