Tramp Çini tarif razılaşmasını pozmaqda ittiham edir

Tramp Çini tarif razılaşmasını pozmaqda ittiham edir
30.05.2025 18:14 Dünya

ABŞ prezidenti Donald Tramp Çinlə ticarət gərginliyini yenidən artırıb.

TodayPress TV xəbər verir ki, Tramp Çini "Truth Social" platformasında ABŞ ilə tarif razılaşmasını pozmaqda ittiham edib.

Tramp yazısında ittihamla nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, Çin və ABŞ arasında hələ ki, tarif razılaşması yoxdur. Lakin danışıqların irəliləməsi üçün bir-birlərinə tətbiq etdikləri yüksək tarifləri 90 gün müddətinə dondurmağa razılaşıblar.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər