Tramp bütün prezidentlərdən fərqini Kim Çen In üzərindən izah etdi
Amerika lideri Donald Tramp bütün ABŞ Prezidentləri arasında yalnız özünün KXDR lideri Kim Çen In ilə əlaqə qurmağa nail olduğunu hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Mənim Kim Çen Inla yaxşı münasibətlərim var. Siz onun Baydeni (ABŞ-nin sabiq prezidenti) sevmədiyini gördünüz. O, Obamanı (ABŞ-nin sabiq prezidenti) sevmirdi. Heç kimi sevmirdi, amma məni sevir”, - deyə Amerika lideri bildirib.
Prezidentin sözlərinə görə, onlar çox yaxşı yola gedirlər.
Aysel Mətləb