Tramp bəyanatla çıxış edəcək
ABŞ Prezidenti Donald Tramp avqustun 6-da Oval kabinetdən bəyanatla çıxış edəcək. Nitqin mövzusu hələlik açıqlanmayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin rəsmi cədvəlində qeyd olunub.
Trampın çıxışı yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə avqustun 7-si saat 00:30-da) baş tutacaq.
Bəyanat Ağ Evdə akkreditasiyadan keçmiş jurnalistlərin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq. ABŞ mediası çıxışın gündəmi və məqsədi ilə bağlı ehtimallar irəli sürsə də, rəsmi məlumat yayılmayıb.
Qiymət Mahir