Tramp: "Avropa ölkələri Rusiyadan neft almağı dayandırmalıdır"

Tramp: "Avropa ölkələri Rusiyadan neft almağı dayandırmalıdır"
21.09.2025 09:57 Dünya

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinə Rusiyadan neft almağı dayandırmaq çağırışı edib.

TodayPress TV xəbər verir ki, Tramp bu fikirləri Virciniya ştatında çıxışı zamanı səsləndirib.

O, Avropanın Rusiyadan neft almasının yolverilməz olduğunu bildirib və bu təcrübənin tezliklə sona çatacağını vurğulayıb.

Tramp çıxışı zamanı Rusiya-Ukrayna münaqişəsinə də toxunub və Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərindən məyus olduğunu bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər