Tramp "Antifa"ni terror təşkilatı kimi tanıdı
ABŞ Prezidenti Donald Tramp "Antifa" hərəkatını terror təşkilatı kimi tanıyan sərəncam imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Sənəddə qeyd olunur ki, bu qərar təşkilatın siyasi zorakılıq yolu ilə asayişi pozduğu və siyasi fəaliyyəti boğmağa çalışdığı iddialarına əsaslanır.
Qeyd edək ki, "Antifa" ABŞ-də solçu antifaşist və irqçiliyə qarşı siyasi hərəkatdır.
Türkan İsgəndərli