Tramp: "ABŞ Polşa və Baltikyanı ölkələri müdafiə edəcək"

Tramp: "ABŞ Polşa və Baltikyanı ölkələri müdafiə edəcək"
21.09.2025 23:18 Dünya

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, gərginlik artacağı təqdirdə Vaşinqton Polşa və Baltikyanı ölkələrin müdafiəsinə dəstək verəcək.

TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Bəli, mən bunu edəcəyəm”, - deyə o, sualı cavablandırarkən deyib.

Qeyd edək ki, sentyabrın 10-na keçən gecə Polşa ərazisinə bir neçə pilotsuz uçuş aparatı düşüb. Hadisə ilə bağlı NATO ölkələrinin qırıcıları havaya qaldırılıb, bir sıra hava limanları, o cümlədən Varşava aeroportu müvəqqəti bağlanıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər