Tramp: “28 gəmini məhv etdik!”
ABŞ Silahlı Qüvvələri sentyabrın 1-nə keçən gecə Hörmüz boğazında 28 gəmini sıradan çıxarıb.
TodayPress TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“İran heç vaxt nüvə silahına sahib olmayacaq. Hazırda Hörmüz boğazına biz nəzarət edirik. Ötən gecə 28 qayığı, 28 gəmini məhv etdik. Ona biz nəzarət edirik. Onlar heç nə əldə etmirlər, biz isə gəmiləri məhv etdik”, - deyə dövlət başçısı "Lt. Dan" podkastının müəllifi Den Patrikə müsahibəsində deyib.
Aysel Mətləb