Torpaq sürüşməsi fəsadlara yol açdı
Çinin Quanqdonq əyalətinin Quançjou şəhərində torpaq sürüşməsi baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə avqustun 6-da səhər saatlarında, Bayyun rayonunda bir neçə gün davam edən güclü yağışlardan sonra qeydə alınıb.
Sürüşmə nəticəsində bir sıra fərdi evlər dağılıb, insanlar dağıntılar altında qalıb. Xilasedicilər indiyədək 7 nəfəri xilas ediblər, axtarış-xilasetmə işləri davam edir.
Türkan İsgəndərli