Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi

Tokiodan tarixi qərar: İmperator sülaləsi ilə bağlı 79 illik qanun dəyişdi
17.07.2026 10:20 Dünya

Yaponiya parlamenti iyulun 17-də İmperator evi haqqında qanuna düzəlişlər qəbul etsə də, qadınların taxt-taca buraxılmasına geniş ictimai dəstəyin olmasına baxmayaraq, Xrizantema taxta yalnız kişi varislərin çıxa bilcəyinə dair qüvvədə olan prinsipi saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Düzəlişlər sülalənin keçmiş yan qollarından olan 15 yaşından yuxarı subay kişilərin imperator ailəsinin tərkibinə qəbul edilməsinə icazə verir. Onların övladları gələcəkdə taxta varis ola biləcəklər.

İmperator ailəsinin qadın üzvləri imperator mənşəli olmayan şəxslərlə nikaha daxil olduqdan sonra öz statuslarını qoruya biləcəklər. Bununla belə, onların həyat yoldaşları və uşaqları imperator ailəsinin üzvü hesab edilməyəcək və taxta varis olmaq hüququ əldə etməyəcəklər.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər