Tezalışan maye olan çənin qapağı qopdu - GÜCLÜ YANĞIN

Tezalışan maye olan çənin qapağı qopdu - GÜCLÜ YANĞIN
19.08.2026 18:23 Dünya

Çexiyanın Otrokovitse şəhərində yerləşən sənaye zonasında güclü yanğın baş verib.

TodayPress TV xəbər verir ki, yanğının söndürülməsinə 10 yanğınsöndürmə briqadası cəlb olunub. Bu barədə Çexiya Yanğınsöndürmə Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, yanğın ərazidə yerləşən iri çənlərdən birinin qoruyucu qapağının yerindən çıxması nəticəsində başlayıb. Çəndə tezalışan maddənin olduğu bildirilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər