Təyyarədə hadisə böyüdü: Sərnişinlər ekipajdan şübhələndi

Təyyarədə hadisə böyüdü: Sərnişinlər ekipajdan şübhələndi
04.10.2026 09:42 Dünya

“Flydubai” aviaşirkətinə məxsus təyyarənin ekipaj üzvləri komandir pilotuna hücum edən ikinci pilotun sərnişinlər tərəfindən zərərsizləşdirilməsindən sonra onun azad edilməsini istəyiblər.

TodayPress TV xəbər verir ki, bu barədə reysin iki sərnişini “New York Post” qəzetinə danışıb.

Hücum edən şəxsi zərərsizləşdirməyə kömək edən Tsivika Manes bildirib ki, ekipaj üzvləri onlardan pilotu açmağı xahiş ediblər. Onun sözlərinə görə, ekipaj üzvləri sərnişinlərə “Siz Allah deyilsiniz, onu öldürə bilməzsiniz” deyiblər.

Manes isə pilotu öldürmək niyyətində olmadıqlarını, sadəcə onun sərnişinlərin həyatına təhlükə yaratmasının qarşısını almağa çalışdıqlarını vurğulayıb.

Sərnişinlər ikinci pilotla əlbir ola biləcəklərindən ehtiyat edərək həmin ekipaj üzvlərindən təyyarənin orta hissəsinə keçmələrini tələb ediblər.

Daha sonra ekipaj üzvləri baş verənlərin qeyri-adi olduğunu anlayaraq sərnişinlərə kömək etməyə, onlara su və ədyal paylamağa başlayıblar.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər