“Telegram”da problem yaşandı

“Telegram”da problem yaşandı
14.07.2026 02:35 Dünya

“Telegram”ın t.me formatlı keçidləri dünya üzrə brauzerlərdə işləməməklə bağlı problemlə üzləşib.

TodayPress TV xəbər verir ki, məlumata görə, istifadəçilər bu keçidlər vasitəsilə artıq Telegram tətbiqinə yönləndirilmir. Profil kanalların iddiasına əsasən, “t.me” ünvanı “.me” domen zonasının DNS reyestrindən tamamilə silinib. Bunun səbəbi hələlik məlum deyil.

Bildirilir ki, “.me” domen zonasının operatoru Monteneqroda fəaliyyət göstərən şirkətdir.

Bununla yanaşı, “t.me” keçidləri Telegram tətbiqinin daxili brauzeri vasitəsilə işləməyə davam edir.

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər