Tehranla danışıqlar zəifləyib, amma təmaslar kəsilməyib - Qətər
ABŞ administrasiyası aralıq seçkilərdən sonra da İranla münaqişənin nizamlanmasına və regionda gərginliyin artmasının qarşısının alınmasına sadiq qalır.
TodayPress TV xəbər verir ki, bu barədə Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani bildirib.
“Seçkilərdə baş verənlər gələcəkdə onların siyasətinə təsir göstərə bilər, lakin niyyətlərinə təsir etmir. Seçkilərdən sonra da həll yolu axtarmaq üçün addımlar atmaq niyyəti və hazırlığı əvvəlki kimi qalır”, – deyə o vurğulayıb.
Qətər hökumətinin rəhbərinin sözlərinə görə, son bir neçə həftə ərzində Doha və Vaşinqton Yaxın Şərqdə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün birgə iş aparıblar. O əlavə edib ki, hazırda danışıqlar prosesi “bir neçə gün əvvəlki qədər fəal deyil”, lakin təmaslar davam edir.
Aysel Mətləb