İran raketlərinin tükənəcəyini düşünürdülər, amma... – SEPAH-dan İDDİA
Rəqib İrana silah istehsal etməyə və modernləşdirməyə heç bir an belə mane ola bilməyəcək.
TodayPress TV xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhebi bildirib.
“Bu gün İranın geniş və müxtəlif coğrafiyası haqqında öz biliklərimizə və qeyd etdiyim çevik imkanlara əsaslanaraq, düşmənin silah istehsal etməyimizə və onları modernləşdirməyimizə heç bir an belə mane olmasına imkan verməyəcəyik”, – deyə o vurğulayıb.
Möhebinin sözlərinə görə, SEPAH-ın aerokosmik qüvvələri raket və pilotsuz uçuş aparatlarının istehsalını qısa müddətdə yeraltına köçürə bilib və raket istehsalı üçün yeraltı şəhər yaradıb. Hərbi rəsmisinin qeyd etdiyi kimi, bu, müharibə zamanı və bombardmanlar altında da istehsalı davam etdirməyə imkan verir. Onun sözlərinə görə, rəqib İranın raketlərinin sayını hesablayaraq onların tezliklə tükənəcəyini düşünürdü, lakin belə bir imkanın mövcudluğundan xəbərsiz idi.
Aysel Mətləb