Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı

Tehrandan xüsusi humanitar plan: Cənub əyalətlərində bərpa prosesi başladı
15.07.2026 16:43 Dünya

İran hökuməti ölkənin cənub əyalətlərində mülki infrastruktura dəyən ziyanın aradan qaldırılması və əhalinin təminatının gücləndirilməsi məqsədilə yeni tədbirlər paketi hazırlayıb.

TodayPress TV xəbər verir ki, İran KİV-in yaydığı məlumata görə, plana əsasən bölgələrdə modul tipli ərzaq təminat mərkəzləri yaradılacaq.

Bununla yanaşı, prezidentin cənub əyalətləri üzrə xüsusi nümayəndəsi təyin ediləcək və ona operativ qərarlar qəbul etmək üçün geniş səlahiyyətlər veriləcək.

Məlumata görə, hökumət zərərçəkənlərə kompensasiya ödənilməsi, dəymiş ziyanın qarşılanması və vergi güzəştlərinin tətbiqini də nəzərdə tutur.

Bundan əlavə, zərurət yaranacağı təqdirdə cənub əyalətlərinin bəzi sakinlərinin ölkənin digər bölgələrinə köçürülməsi, səyyar ərzaq mərkəzlərinin və müvəqqəti sığınacaqların yaradılması da planlaşdırılır.

Bildirilir ki, sözügedən tədbirlər paketi hazırda müzakirə mərhələsindədir.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər