Tehranda zəlzələ oldu

Tehranda zəlzələ oldu
31.08.2026 09:39 Dünya

Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra Tehran Qızıl Aypara Cəmiyyəti hazırlıq vəziyyətinə gətirilib.

Tehran Təcili Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, hadisə nəticəsində indiyədək xəsarət alan olmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər