TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO

TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO
17.07.2026 01:11 Dünya

ABŞ ordusunun İrana endirdiyi zərbələr nəticəsində Hörmüzqan vilayətində Bəndər-Abbas-Lar magistralında yerləşən Kahuristan (Şur çayı) körpüsü hədəfə alınıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, hücumdan sonra körpü üzrə hərəkət dayandırılıb, Bəndər-Abbas-Kahuristan-Lar avtomobil yolu bağlanıb.

Bununla yanaşı, Bəndər-Abbas dəmir yolunun da ABŞ döyüş təyyarələrinin raket zərbələrinə məruz qaldığı bildirilir.

Hadisə nəticəsində dağıntının miqyası, mümkün itkilər və nəqliyyat infrastrukturuna dəyən zərərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər