Tayvanda baş verən dəhşətli tayfununun GÖRÜNTÜLƏRİ

Tayvanda baş verən dəhşətli tayfununun GÖRÜNTÜLƏRİ
11.07.2026 17:07 Dünya

Tayvanda tüğyan edən "Bavi" tayfunu ciddi fəsadlar törədib.

TodayPress TV xəbər verir ki, RT telekanalı təbii fəlakətin görüntülərini yayımlayıb.

Kadrlarda güclü küləyin palma ağaclarını sındırdığı, sahillərdə isə nəhəng dalğaların müşahidə olunduğu görünür.

"Nikkei" qəzetinin məlumatına görə, küləyin sürəti saatda 144 kilometrə çatır. Tayfun səbəbindən Yaponiyada aviareyslərdə fasilələr yaranıb, bərə reysləri dayandırılıb.

Tayvan Mərkəzi Xəbər Agentliyinin məlumatına əsasən, "Bavi" tayfununun yaxınlaşması nəticəsində adada azı 87 nəfər xəsarət alıb.

Bundan başqa, şənbə günü səhərədək 14,2 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Onların əksəriyyəti Tayvanın şərqində yerləşən Hualyen rayonundandır.

Təbii fəlakət nəticəsində təxminən 27 min ev elektrik enerjisiz qalıb.

Meteoroloqlar "Bavi"ni mövsümün doqquzuncu tayfunu elan edərək ona "Şiddətli" statusu veriblər. Tayfun Mariana adaları yaxınlığında formalaşıb və qərb istiqamətində hərəkət edir.

Qiymət Mahir


XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər