Suriyalı lider ABŞ-yə səfər etdi

Suriyalı lider ABŞ-yə səfər etdi
21.09.2025 15:20 Dünya

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona gedib.

TodayPress TV xəbər verir ki, bu barədə "Syria TV" telekanalı məlumat verib.

Məlumata görə, bu, 1967-ci ildən bəri suriyalı prezidentin ABŞ-yə ilk rəsmi səfəridir.

Bildirilir ki, əl-Şaraaya dörd nazir müşayiət edir. Gözlənilir ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpasını, o cümlədən Vaşinqtonda Suriya səfirliyinin rəsmi açılışını müzakirə etmək imkanı yaradacaq.

TodayPress TV 

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər