Sükan arxasında ağıllı saat istifadə edən sürücülər cərimələnə bilər
Böyük Britaniyada sürücülərin ağıllı saatlardan istifadə etməsi cərimə ilə nəticələnə bilər.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sürücünün saat ekranına uzun müddət baxması, toxunması və ya səsli əmrlərdən istifadə etməsi diqqəti yoldan yayındıra bilər. Bu isə mobil telefondan istifadə kimi qiymətləndirilə bilər.
Qanunu pozan sürücülər 200 funt sterlinq cərimə və 6 cərimə balı ilə üzləşə bilər. Mütəxəssislər avtomobil idarə edərkən ağıllı saatlarda “Narahat etmə” rejimini aktivləşdirməyi tövsiyə edirlər.