Sibir sakinləri Rusiyadan imtina edir: "Bizə Moskva yox, Asiya lazımdır" - VİDEO

Sibir sakinləri Rusiyadan imtina edir: "Bizə Moskva yox, Asiya lazımdır" - VİDEO
29.07.2026 12:30 Dünya

Rusiyanın Sibir bölgəsində yaşayan bir qadının səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

TodayPress TV xəbər verir ki, qadın Moskva ilə heç bir bağlılıqlarının olmadığını deyib.

"Moskva Sibirdən 6 min kilometr məsafədə yerləşir. Buradakı insanlar niyə paytaxtda baş verənlərlə maraqlansın?" – deyə o bildirib.

Onun sözlərinə görə, Sibir inkişaf baxımından Asiya istiqamətini seçmək istəyir və Çin  daha cəlbedici görünür.

"Biz Asiyanın inkişaf yolu ilə getmək istəyirik. Çin bizim üçün daha maraqlıdır. Bizə sizin slavyanpərəstliyiniz lazım deyil. Bizə Rusiya da lazım deyil", – deyə qadın vurğulayıb.

Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Jalə Rövşən

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər