Səudiyyənin raketləri tükəndi: Husilər başlarına çökməyə hazırlaşır
Səudiyyə Ərəbistanı Yəməndən həyata keçirilən raket və dron hücumları fonunda hava hücumundan müdafiə sistemləri üzrə ehtiyatların azalması ilə üzləşib.
TodayPress TV xəbər verir ki, "Associated Press"in məlumatına görə, Ər-Riyad hava hücumundan müdafiə sistemləri və dəstəyi üçün Fransa, Böyük Britaniya, Pakistan və Misirə müraciət edib.
ABŞ Səudiyyə Ərəbistanının əsas müttəfiqi və silah təchizatçısı olsa da, İranla altı aylıq müharibə fonunda Vaşinqtonun raketdən müdafiə sistemləri üçün interceptor ehtiyatlarının da azaldığı bildirilir.
Mütəxəssislərin məlumatına görə, bir ballistik raketin qarşısının alınması üçün ən azı üç interceptor tələb oluna bilər və buna baxmayaraq, raketin məhv ediləcəyinə zəmanət verilmir.
Jalə Rövşən