Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücum edildi
Son məlumatlara görə, naməlum təyyarələr Səudiyyə Ərəbistanında bir neçə neft emalı zavodunu hədəfə alıb.
TodayPress TV xəbər verir ki, hücumu həyata keçirən tərəf, zərbələrin endirildiyi dəqiq məkanlar və mümkün ziyanın miqyası barədə hələlik məlumat yoxdur. Səudiyyə Ərəbistanı hakimiyyəti hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Bununla yanaşı, sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının Abha Beynəlxalq Hava Limanında baş verdiyi bildirilən yanğının görüntüləri yayılıb.