Sərnişinlər DƏHŞƏTƏ GƏLDİ! - Ekipaja hücum etdi, təyyarənin qapısını açmağa çalışdı

Sərnişinlər DƏHŞƏTƏ GƏLDİ! - Ekipaja hücum etdi, təyyarənin qapısını açmağa çalışdı
24.09.2026 06:10 Dünya

Avstraliyanın Qantas aviaşirkətinin sərnişini uçuş zamanı təyyarənin qapısını açmağa cəhd etdiyi üçün saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Hadisə sentyabrın 21-də Karratadan Pert şəhərinə uçan reysdə baş verib. Qərbi Avstraliyadan olan 41 yaşlı Tomas Raymond Foster enişdən əvvəl ekipajın təhlükəsizlik kəmərini bağlamaq tələbini yerinə yetirməyib və təyyarənin ön sərnişin qapısını açmağa çalışıb.

Şahidlərin sözlərinə görə, o, əvvəlcə başqa bir sərnişini təhqir edib, daha sonra qarşısındakı oturacağı itələyib və təpikləyib. Stüardessalar müdaxilə etməyə çalışsalar da, kişi onları da təhqir edib.

Foster təyyarədən çıxarılarkən polis əməkdaşlarına qarşı aqressiv davranıb və onların tələblərinə tabe olmayıb. Bundan sonra o, saxlanılıb.

Ona vəzifəli şəxsə xəsarət yetirmə, təyyarənin təhlükəsizliyinə təhdid yaratma, ekipajın göstərişlərinə əməl etməmə və ictimai asayişi pozma ittihamları irəli sürülüb.

İttihamlardan biri üzrə onu 10 ilədək həbs cəzası gözləyir.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər