Aİ və 51 ölkə Rusiyadan nə istədi?

Aİ və 51 ölkə Rusiyadan nə istədi?
24.09.2026 00:02 Dünya

Avropa İttifaqının (Aİ) 27 üzvü ilə yanaşı, Böyük Britaniya, İsrail, Avstraliya, Cənubi Koreya və Yaponiyanın da daxil olduğu 51 ölkə Rusiyaya Ukraynada “tam, dərhal və qeyd-şərtsiz” atəşkəsi qəbul etmək çağırışı edib.

TodayPress TV xəbər verir ki, ölkələrin nümayəndələri BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası ərəfəsində ABŞ-nin Nyu-York şəhərində birgə bəyanat yayıblar.

Bəyanatda Ukraynaya həmrəylik ifadə olunub və Rusiyanın ölkə ərazisində mülki şəxslərə və infrastruktura hücumları artırmasından narahatlıq bildirilib.

Xüsusilə Qara dənizdəki hücumların narahatlıq doğurduğu qeyd olunub. Bildirilib ki, Rusiya Ukraynanın taxıl ixracını çətinləşdirməyə çalışır və bu, qlobal ərzaq təhlükəsizliyi üçün risk yaradır.

Ölkələr Qara dənizdə naviqasiya azadlığının təmin edilməsi istiqamətində səyləri dəstəklədiklərini bildirərək, ticarət gəmilərinin və kritik infrastrukturun qorunmasının vacibliyini vurğulayıblar.

Bəyanatda Ukraynanın 2025-ci ilin martından etibarən “tam, dərhal və qeyd-şərtsiz” atəşkəsi qəbul etməyə hazır olduğu bildirilib. Ölkələr Rusiyanı da eyni addımı atmağa çağırıblar.

Həmçinin Rusiyadan Ukrayna vətəndaşlarının və hərbi əsirlərin geri qaytarılmasını təmin etmək tələb olunub.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər