Putinin adamı Vaşinqtona uçdu: Gizli GÖRÜŞ
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-yə yola düşüb.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, Dmitriyev Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidentinin nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə görüşəcək.
Mənbələrin bildirdiyinə görə, danışıqlarda Stiven Uitkoff və Cared Kuşnerin sentyabrın əvvəlində Moskvaya səfəri zamanı müzakirə olunan məsələlər nəzərdən keçiriləcək.
Rusiya tərəfi görüş barədə əvvəlcədən məlumat verməyib.
Kübra Musayeva