İsrail səfirinin oğlu hədəfdə! - Ağır yaralandı

İsrail səfirinin oğlu hədəfdə! - Ağır yaralandı
23.09.2026 22:54 Dünya

İsrailin ABŞ-dəki səfiri Yexiel Leyterin oğlu Neriya Leyter İordan çayının qərb sahilində İsrail ordusunun blokpostuna edilən hücum nəticəsində ağır yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ vətəndaşlığında olan Neriya Leyter hazırda İsrail ordusunda ehtiyatda olan hərbi xidmətdədir. Hadisə İsrailin Modiin şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində baş verib. Avtomobil məntəqəyə çırpılıb, nəticədə blokpostda olan Leyter ağır yaralanıb.

O, ağır vəziyyətdə Qüdsdəki xəstəxanalardan birinə çatdırılıb və hazırda narkoz altındadır.

Blokpostun üzərinə sürülən avtomobili idarə edən hücumçu hadisə yerində öldürülüb. "The Times of Israel" nəşrinin məlumatına görə, hücum edən şəxs qonşu Fələstinin Beyt-Ur ət-Taxta kəndindən olan 29 yaşlı Mahmud Məhəmməd Sliman olub.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər