SEPAH İordaniyada ABŞ hərbçilərinin itki verdiyini iddia etdi

SEPAH İordaniyada ABŞ hərbçilərinin itki verdiyini iddia etdi
02.09.2026 01:45 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ bazasına zərbə endirərək çox sayda amerikalı hərbçini məhv etdiyini iddia edir.

TodayPress TV xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

“SEPAH-ın Aerokosmik Qüvvələrinin döyüşçüləri “Təcavüzkara cəza” əməliyyatının ikinci dalğası çərçivəsində İordaniyadakı ABŞ dəniz piyadaları bazasına, Əqəbə körfəzi sahilində yerləşən və Kemp-Titin kimi tanınan bazaya ballistik raketlərlə kütləvi zərbə endirib”, - deyə qeyd olunub.

Məlumata görə, hücum nəticəsində çox sayda amerikalı hərbçi məhv edilib, həmçinin bir neçə mühüm obyekt və zərbə helikopteri sıradan çıxarılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər