SEPAH ABŞ bazalarına zərbə endirdiyini açıqladı - VİDEO

SEPAH ABŞ bazalarına zərbə endirdiyini açıqladı - VİDEO
15.07.2026 08:05 Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyn, Küveyt və İordaniyadakı hərbi obyektlərinə raket zərbələri endirdiyini bəyan edib.

TodayPress TV xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazası, Küveytin Mina-Abdulla bölgəsində yerləşən ABŞ ordusunun logistika mərkəzi və İordaniyadakı Əl-Əzraq aviabazası hədəfə alınıb.

Qurum zərbələr nəticəsində hərbi texnika, anbarlar və digər obyektlərin vurulduğunu iddia edib. Bununla bağlı ABŞ və ya adıçəkilən ölkələr tərəfindən hələlik rəsmi təsdiq verilməyib.

SEPAH, həmçinin ABŞ-nin İrana qarşı hərəkətləri dayandırılana qədər Hörmüz boğazının bağlı qalacağını və ABŞ hərbi bazalarına qarşı əməliyyatların davam etdiriləcəyini bəyan edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər