Səninlə necə edək? Putin Paşinyanı küncə sıxdı
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı qərarı mümkün qədər tez verməli olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Putin bunu Qırğızıstanın paytaxtı Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.
O bildirib ki, Moskva Ermənistanla gələcək münasibətlərini müəyyənləşdirmək üçün İrəvanın hansı istiqaməti seçəcəyini bilməlidir.
Qeyd edək ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Rusiya ilə təhlükəsizlik əlaqələrini donduraraq Qərbə yaxınlaşsa da, Rusiya rəhbərliyindəki Avrasiya İqtisadi İttifaqında qalmaqda davam edir. Моskva isə Aİ və Aİİ-də paralel iştirakın mümkün olmadığını bildirir.
Jalə Rövşən