“Şəhərlərə bombalar yağardı hər gecə” - İran Ahmet Kaya ilə “vuruldu” - VİDEO
ABŞ Prezidenti Donald Trampın Ankarada keçirilən NATO sammiti çərçivəsində rəsmi qarşılanma mərasimində səsləndirilən musiqi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
TodayPress TV xəbər verir ki, mərasim zamanı mərhum türkiyəli sənətçi Ahmet Kayanın “Kum Gibi” mahnısı fortepiano ifasında səsləndirilib. Mahnının sözlərində yer alan “Şəhərlərə bombalar yağardı hər gecə” misrası bəzi istifadəçilər tərəfindən ABŞ-nin İrana qarşı son hərbi əməliyyatlarına eyham kimi qiymətləndirilib.
Kübra Musayeva