Sankt-Peterburqda 82 min kvadratmetr ərazi alovlara büründü - VİDEO

Sankt-Peterburqda 82 min kvadratmetr ərazi alovlara büründü - VİDEO
23.08.2026 09:09 Dünya

Sankt-Peterburqun Kolpin şəhərində, İjorsk sənaye zonasında güclü yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Puşkin rayonunda, Kolpinsk şossesi, 135 ünvanında yanğın barədə məlumat daxil olub. 680x120 metr ölçüsündə anbar binasında 82 min kvadratmetr sahədə yanğın baş verib. Hazırda zərərçəkənlər barədə məlumat daxil olmayıb”, - deyə nazirlikdən qeyd olunub.

Yanğının səbəbləri hələlik məlum deyil.

Aysel Mətləb

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər