Ruslar Ermənistana qaçmağa başladılar - Putinin müharibə qorxusu başına bəla oldu

Ruslar Ermənistana qaçmağa başladılar - Putinin müharibə qorxusu başına bəla oldu
29.07.2026 10:07 Dünya

Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı narahatlıqların Ermənistanda daşınmaz əmlak bazarına təsir göstərdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə  "News.Am"  "Vyorstka" nəşrinə istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistanda fəaliyyət göstərən daşınmaz əmlak agentlikləri son aylarda Rusiyadan köçmüş və ya ölkəni tərk etməyi planlaşdıran vətəndaşlardan mənzil kirayəsi ilə bağlı müraciətlərin əhəmiyyətli dərəcədə artdığını bildirirlər.

Qeyd olunur ki, son üç ay ərzində İrəvanda kirayə mənzillərin qiyməti təxminən 30 faiz yüksəlib.

Rieltorların sözlərinə görə, hazırkı tələbat 2022-ci ildə Rusiyada qismən səfərbərlik elan edildikdən sonra müşahidə olunan ilk böyük miqrasiya dalğası dövründəki səviyyəyə yaxınlaşıb.

Məlumatda vurğulanır ki, Rusiyada mümkün yeni səfərbərlik barədə rəsmi qərar açıqlanmasa da, əhali arasında yaranan narahatlıq artıq insanların davranışına təsir göstərir.

Ekspertlər hesab edirlər ki, qonşu ölkələrdə mənzil kirayəsinə tələbatın və qiymətlərin artması əvvəlki illərdə də Rusiyadan mümkün kütləvi köçün ilkin əlamətlərindən biri olub.

Jalə Rövşən 

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər