Rusiyaya getmək istəyənlərin diqqətinə: Beş hava limanı fəaliyyətini bərpa etdi

Rusiyaya getmək istəyənlərin diqqətinə: Beş hava limanı fəaliyyətini bərpa etdi
24.08.2026 10:42 Dünya

Rusiyanın müvəqqəti məhdudiyyətlər tətbiq olunan beş hava limanı təyyarələrin qəbulunu və yola salınmasını bərpa edib.

TodayPress TV Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) "Telegram" kanalına istinadən xəbər verir ki, söhbət Mahaçqala, Krasnodar, Soçi, Gelencik və Volqoqrad hava limanlarından gedir.

Hazırda onların hamısı normal rejimdə fəaliyyət göstərir.

“Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə məhdudiyyətlər tətbiq edilmişdi”, – deyə agentlikdən bildirilib.

Qeyd edək ki, bu hava limanlarında uçuşlara xidmət avqustun 24-nə keçən gecə dayandırılıb. 

Qiymət Mahir

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər