Rusiyaya bilet alanlar biraz gözləsin: Aviaşirkətlər uçuşdan imtina etdilər

Rusiyaya bilet alanlar biraz gözləsin: Aviaşirkətlər uçuşdan imtina etdilər
02.09.2026 22:48 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bəzi aviaşirkətlərin Rusiyadakı hava limanlarına uçuşları dayandırmağa başladığını bildirib.

TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu qərar Ukraynanın Rusiyanın hava məkanında mövcud dron təhlükəsi ilə bağlı xəbərdarlığından sonra verilib.

“Bu, mövcud faktlara və Putinin bitirmək istəmədiyi müharibənin gətirib çıxardığı nəticələrə düzgün və tamamilə məntiqli reaksiyadır”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, sentyabrın 2-də bəzi türk aviaşirkətləri Moskva ilə Türkiyə arasında bir sıra reysləri ləğv edib. Lakin aviaşirkətlərdən bəziləri uçuşların ləğvini rəsmi olaraq təhlükəsizliklə deyil, texniki və əməliyyat səbəbləri ilə əlaqələndirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər