Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO

Rusiyada  "Wildberries"in  anbarı yenidən vuruldu - VİDEO
30.07.2026 08:45 Dünya

Rusiyanın Penza vilayətində yerləşən "Wildberries" şirkətinin anbarı pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

TodayPress TV "Komsomolskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə Penza vilayətinin qubernatoru Oleq Melniçenko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində bir nəfər xəsarət alıb. Təxminən 200 əməkdaş təxliyə edilib.

Qubernator bildirib ki, anbar kompleksinin ərazisində açıq alov müşahidə olunur.

Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər